Accessibility links

ABŞ-ın aparıcı qəzetlərindən biri xəbər verir ki, Obama administrasiyasının militant Haqqani şəbəkəsinə terrorçu təşkilat adı verməyi planlaşdırır. New York Times qəzeti adı açıqlanmayan administrasiya rəsmisinin qrupun Əfqanıstanda ABŞ ordusuna hücumlara görə qara siyahıya salınmasnın bir neçə ay davam edən mübahisələrdən sonraya təsadüf etdiyini yazır.

Yüksək rütbəli dövlət departamentinin rəsmisi deyib ki, dövlət katibi Hilari Klinton bu gün Haqqani yaraqlı qrupuna terrorçu təşkilatı adı verilməsi barədə qərarını Konqresin diqqətinə çatdıracaq. Bu qərar qrupa qarşı ciddi maliyyə sanksiyaları tətbiq etməyə yol açacaq.

Bəzi ABŞ rəsmiləri Haqqani şəbəkəsini qara siyahıya salmanın onsuz da Pakistanla pisləşmiş münasibətlərə bir az da mənfi təsir edəcəyindən ehtiyat edir. Onların fikrincə bu eyni zamanda əfqan müharibəsinə dair Talibanla aparılan siyasi danışıq səylərinə xələl gətirə bilər. Pakistanın şimalında, Vəziristan şəhərində qərərgahlandığı ehtimal edilən yaraqlı qrupun Pakistan kəşfiyyat orqanları ilə sıx münasibətdə olduğu ehtimal edilir. Pakistan rəsmiləri bu iddiaları rədd edir.
XS
SM
MD
LG