Accessibility links

Əjdər Tağızadə: İran islam rejimi vətəndaşlarına qarşı Bəşər Əsəd rejimindən də qəddardır [Audio]


Əjdər Tağızadə və Cahangir Yusif

Əjdər Tağızadə və Cahangir Yusif

Çoxsaylı könüllü Şərqi Azərbaycana köməyə getməyə hazırdır. DAK rəsmisi Əjdər Tağızadə və “Təbrizə dəstək” kampaniyasının əməkdaşı Cahangir Yusif “Haray” proqramının qonağıdır.

Rescue teams search for victims in the earthquake-stricken village of Varzaghan in East Azarbaijan August 11, 2012. Two powerful earthquakes killed 250 people and injured around 1,800 in northwest Iran, where rescue workers frantically combed the rubble o

Rescue teams search for victims in the earthquake-stricken village of Varzaghan in East Azarbaijan August 11, 2012. Two powerful earthquakes killed 250 people and injured around 1,800 in northwest Iran, where rescue workers frantically combed the rubble o

Dünya Azərbaycanlıları Konqresinin Daimi Şurasının sədri Əjdər Tağızadə və “Təbrizə dəstək” yardım kampaniyasının əməkdaşı Cahangir Yusif Amerikanın Səsi radiosunun “Haray” proqramına müsahibəsində Şərqi Azərbaycanda baş verən zəlzələ qurbanlarına İran hökumətinin laqeyd münasibətini tənqid edib.
Ə.Tağızadə bildirib ki, hökumət zəlzələ zonasına vaxtında yardım çatdırmayıb və insanların durumu acınacaqlıdır.

Onun fikrincə, İranın rəsmi məlumatında zəlzələ nəticəsində 306 nəfərin ölməsi barədə deyilənlər yalandır. “Zəlzələ zamanı 1600 nəfərin öldüyündən söhbət gedir. İnsanlara vaxtında yardım edilsə idi itki az ola bilərdi. İran Fələstinə, İraqa, Suriyaya milyonlarla dollar yardım edir. Amma, azərbaycanlılar yaşayan ərazilərdə sosial durum Fələstindən daha dözülməzdir”.


Cahangir Yusif isə Bakıda və Azərbaycanın müxtəlif regionlarında minlərlə könüllünün İranda zəlzələ qurbanı olan azərbaycanlılara kömək üçün bu ölkəyə getməyə hazır olduğunu bildirib. “Sosial şəbəkələrdə 5 mindən çox Azərbaycan vətəndaşı Şərqi Azərbaycana yardım üçün könüllü getməyə hazır olduğunu bildirib”.

Ə.Tağızadə deyib ki, İran islam rejimi öz vətəndaşlarına qarşı Bəşər Əsəd rejimindən də qəddardır. “Sabah millət ayağa qalxanda islam rejimi Əsəd rejimindən daha qəddar olacaq. Bu gün zəlzələ bölgəsinə belə qorxusundan qoşun gətirib. Nə özləri kömək edir, nə də könüllüləri azərbaycanlıların yaşadığı zəlzələ regionuna buraxmır. Bunlar həm əhalinin yoxsul vəziyyətinin görünəcəyindən, həm də milli ruhun daha da güclənəcəyindən çəkinir”.

O itkilərin daha çox olmasını regionda sosial infrastrukturun zəif olması ilə izah edib. “İran rejimi 33 ildə yalnız neftdən 800 milyard dollar pul qazanıb. Nüvə silahı yaradılması üçün milyardlarla pul xərcləyir. Bəs, əhalinin durumu niyə diqqətə gəlmir. Ona görə ki, molla rejimi qazanılan pulların hamısını mənimsəyir, terroristlərə, diktatorlara verir. Əhali isə yaddan çıxıb və ya qəsdən azərbaycanlıların yaşadığı regiona vəsait ayrılmır”.

Cənab Tağızadə hesab edir ki, Azərbaycan və digər dövlətlər yardımın paylanmasında İran rejiminə inanmamalıdır. “Çünki bu rejim yardımları mənimsəyəcək və zəlzələ qurbanlarına verməyəcək. İran Qarabağ hadisələri zamanı avtomobillərini gətirib Bakıda “Azadlıq” meydanında üzü qibləyə əyləyib təbliğatla məşğul olurdu. Necə olur ki, Azərbaycan İrana icazə verirdi, amma İran Azərbaycan dövlətinə və xalqına yardımını aparıb öz əli ilə qardaş və bacılarına çatdırmağa icazə vermir.
Təbriz valisi deyib ki, 8 min çadır gəlib, onun yarısı bazarda satılıb. “Əgər, bunu rejimin öz adamı deyirsə, necə bunlara inanmaq olar. Ona görə də hər kəs yardımını aparıb özü çatdırmalıdır”.

Bu zəlzələ Azərbaycanın milli məsələsidir. “Azərbaycan İran deyil, Azərbaycan məhz Azərbaycandır. Ona görə də Azərbaycan xalqını bəladan elə Azərbaycan xalqının özü çıxaracaq. Qarşıdan soyuq qış gəlir. İran hökuməti zəlzələ qurbanı olan azərbaycanlılar üçün ev tikməyəcək. Artıq, uçqunlar altında qalan meyitlərə qurd-quş daranıb. Xalqı ən azı xəstəliklərdən qorumaq lazımdır”.

O Azərbaycan xalqının vahid olduğunu deyib. Çünki, son zamanlar rejimlər xalqı bir-birindən ayrı salmağa çalışırdı. “Amma, bir zəlzələ göstərdi ki, xalq bütövdür. Zəlzələ baş verən kimi, İrandakı azərbaycanlılarla bərabər, Azərbaycan Respublikasının bütün kəndlərində belə xalq ayaqdadır. Hətta, uzaq Avstraliyadan Kanadayadək bütün ölkələrdə yaşayan azərbaycanlılar öz soydaşlarının dərdini bölüşür. Bu xalqın bir olduğunun bariz göstəricisidir. Milli ruh birdir, xalq da birləşəcək. O gün uzaqda deyil”.
XS
SM
MD
LG