Accessibility links

Həsən Ruhani İranın Qərblə konstruktiv dialoqa cəlb olunmasını istəyir



İran prezidenti Həsən Ruhani dünya qüdrətləri ilə konstrukti dialoqa qoşulacağına söz verib.

Washington Post qəzetində dərc edilmiş məqalədə cənab Ruhani “qanlı ədavət dövrü”nün bitdiyini yazıb. İran prezidenti deyib ki, dünya liderlərindən “təhlükələri imkanlara çevirərək”, idarə etmək gözlənilir.

Cənab Ruhaninin məqaləsi onun Nyu-Yorkda BMT-nin Baş Assambleyasının illik sessiyasında çıxışından bir neçə gün əvvələ təsadüf edir. Bu həftənin əvvəli İran prezidenti BBC şirkətinə müsahibədə verib. Qarşıdan gələn günlər Qərb mətbuatının onunla daha çox müsahibələr aparacağı gözlənilir.

BMT və Qərb müttəfiqləri İrana qarşı mübahisəli nüvə proqramı ilə əlaqədar sanksiyalar tətbiq edib. Dünya qüdrətləri İranın nüvə silahları istehsal etməyə çalışdığına inanır, İran uran zənginləşdirilməsi proqramının dinc məqsəd daşıdığını bildirir.

Washington Post qəzetində məqaləsində cənab Ruhani nüvə enerjisinin İranın enerji mənbələrinin diversifikasiysı məqsədilə istehsal edildiyini bildirib.
XS
SM
MD
LG