Accessibility links

Təbrizdə Azərbaycan Musiqisi Məktəbinin təsisçisi məktəbin bağlanması qərarının qüvvədə qalmasından narazıdır


Həsən Dəmirçinini musiqi məktəbinin məharətlə ifa etdiyi operalardan biri də “Səttarxan” operası idi
Həsən Dəmirçinini musiqi məktəbinin məharətlə ifa etdiyi operalardan biri də “Səttarxan” operası idi

Həsən Dəmirçi müsahibəsində bildirib ki, 2006-cı ildə İran Azərbaycanında "İran" qəzetinin nəşr etdiyi karikatura ilə bağlı etiraz nümayişlərində iştirak etməsi səbəbi ilə tutulub, İnqilab məhkəməsinin hökmü ilə bir il həbs cəzasına məhkum olunub. Vəkil Nağı Mahmudi məhkəmənin hökmünə etiraz edib və yuxarı məhkəmənin onun etirazını təmin etməsi Həsən Dəmirçinin bəraət qazanmasına səbəb olub. Bəraətədək o, 6 ay Təbrizin Mərkəzi Zindanında həbsdə qalıb.

Azərbaycan Musiqi Məktəbinin təsisçisi və müdiri Həsən Dəmirçi Amerikanın Səsi radiosunun Azərbaycan Xidmətinə verdiyi müsahibədə Təbrizdəki məşhur Azərbaycan Musiqisi Məktəbinin bağlanması barədə qərarın hələ də qüvvədə qaldığını deyib.

Həsən Dəmirçi müsahibədə bildirib ki, 2006-cı ildə İran Azərbaycanında "İran" qəzetinin nəşr etdiyi karikatura ilə bağlı etiraz nümayişlərində iştirak etməsi səbəbi ilə tutulub, İnqilab məhkəməsinin hökmü ilə bir il həbs cəzasına məhkum olunub. Vəkil Nağı Mahmudi məhkəmənin hökmünə etiraz edib və yuxarı məhkəmənin onun etirazını təmin etməsi Həsən Dəmirçinin bəraət qazanmasına səbəb olub. Bəraətədək o, 6 ay Təbrizin Mərkəzi Zindanında həbsdə qalıb.

Azərbaycan Musiqisi Məktəbinin bağlanması nəticəsində 11 musiqi müəllimi və 200 tələbə təhsildən kənarda qalıb. "Əlbəttə ki, hazırda evlərimizdə musiqi işlərimizi irəli aparırıq", - deyə cənab Dəmirçi qeyd edib.

Həsən Dəmirçi və onun vəkilinin səylərinə baxmayaraq məktəbin açılması mümkün olmayıb.

Cənab Dəmirçi bildirib ki, musiqi sadəcə, gülə, bülbülə, eşqə görə deyil. “Azərbaycanda güldən, bülbüldən əlavə Səttarxan, Babək də var. Biz onları da vəsf edirik. Amma, biz inqilab istəmirik. Hakimiyyəti dəyişmək istəmirik. Sadəcə qanunda olan haqlarımızı və sayğı tələb edirik. Bu hörmət və haqları mövcud hakimiyyətdən tələb edirik”.

Azərbaycan Musiqisi Məktəbinin məzunlarının əsərləri İranda, Təbrizdə və Azərbaycan Respublikasında radio və televiziyalarda yayımlanır və dəfələrlə mükafatlara layiq görülüb.

Məktəb “Azərbaycan Marşı”nı, “Səhəndiyyə", “Səttarxan” operalarını, Süleyman Rüstəmin “Oğlum”, Söhrab Tahirin "Yaxşılıq", Almas İldırımın "Durnam Uçdu", Yəhya Şeydanın "Ana" şerlərinə yazılmış mahnıları məharətlə ifa edib.

Həsən Dəmirçi İran Azərbaycanı mədəniyyətinə xidmətlərinə və Azərbaycanlı sevgisinə görə İranın azərbaycanlı əhalisi onu Həsən Azərbaycani kimi tanıyır. O "Azərbaycan Muğamları" dərslik kitabı, 5 cildlik "Azərbaycan Mahnıları", "Səhəndiyyə" operası, "Azərbaycan Marşları" adlı kitabların naşiridir. O, "Haraylı Təbriz" və "Odlar Yurdundan Adlar" kitabını da çapa hazırlayıb.

XS
SM
MD
LG