Accessibility links

Hədsiz temperatur ciddi sağlamlıq problemlərinə yol aça bilər


Hədsiz temperatur ciddi sağlamlıq problemlərinə yol aça bilər

Hədsiz temperatur ciddi sağlamlıq problemlərinə yol aça bilər

Isti hava şəraiti bəzən xoş gəlsə də, hədsiz temperatur ciddi sağlamlıq problemlərinə yol aça bilər. Daşqınlar, qasırğalar və digər təbii fəlakətlərlə yanaşı, isti hava öldürücü ola bilər. Qalın paltar, fiziki fəaliyət və rütubətin kombinasiyası bədən temperaturunu təhlükəli səviyyəyə qaldıra bilər. Əzələlərdə ağrı ilk siqnal hesab edilir. Alimlər deyir ki, bədənin hərarəti 42 dərəcədən yüksək olsa, bu halda orqan və toxumalar bişməyə başlayır. Təcili yardım göstərilməsə, ölüm halı qaçılmaz ola bilər.

Belə hallarda dərhal həmin şəxs günəş altından çəkilməli, ayaqları 30 sm qaldırılmalı, paltarı çıxarılmalı və bədənin soyudulması üçün buz və sudan istifadə edilməlidir. Bu qızmar yay günləri düşünürəm ki, bu, heç də pis məsləhət deyil.

Daha ətraflı məlumatla Sağlamlıq və Tibb dünyası bloqunda tanış olun: blogs.voanews.com/azerbaijani/health-and-medicine

XS
SM
MD
LG