Accessibility links

Hər il 1 milyona qədər siqaret çəkən insan ağ ciyər xərçəngindən ölür [Video]


Hər il dünya boyu bir milyona yaxın insan ağ ciyər xərçəngi səbəbindən dünyasını dəyişir. Dünya Səhiyyə Təşkilatı siqaret çəkən insanların sayı artdıqca bu rəqəmin də artacağını güman edir.

Ağ ciyər xərçənginin əsas səbəblərindən biri siqaret çəkməkdir. Araşdırmaların nəticələri göstərir ki, tüstüdəki toksinlər siqaret çəkməyən insanlarda da xəstəlik əmələ gətirə bilər.
Siqaret hər il bir milyona qədər insanın ağ ciyər xərçəngindən ölməsinə səbəb olur. 600 min insan isə siqaret tüstüsü səbəbindən ölür. Bu yaxınlara qədər bu xəstəliyə tutulmuş insanlar yalnız kimya terapiyası ilə müalicə olunurdu və bu müalicə qarışıq nəticələr verirdi. Alimlər xərçəng şişinin qarşısını almaq üçün kimya terapiyasından istifadə edilmədən, daha effektiv müalicə yolları axtarırdı.

Müalicə üsullarından biri testdir. Bu testlə xərçəng artıran və yayan onkogen hüceyrələrinin nə dərəcədə zədələndiyini yoxlamaq olur.

Memorial Sloan Kettinq Onkologiya Mərkəzindən Mark Kris xərçəng xəstəliyində onkogenlərin rolunu araşdırıb. “Orqanizmdəki genlər zədələndikdə zülalların artmasına gətirib çıxarır ki, bu zülallar da xərçəng hüceyrələrini əmələ gətirir” - deyə, o bildirir.
Doktor Krisin bu araşdırmasında ağ ciyər xərçəngi olan minə qədər insan iştirak edib və o, xərçəngi yayan 10 müxtəlif mutasiyalı şişlər üzərində araşdırma aparıb. “Biz bu təhqiqatı xərçəng diaqnozu qoyulan xəstələr üzərində apardıq. Biz ağ ciyər xərçəngi əmələ gətirən 10 onkogen üzərində işlədik. Biz həmin aparıcı onkogeni 64 faiz xəstədə aşkar etdik. Bunlardan 26 faizində biz həmin məlumat əsasında terapiyaya başladıq.

Belə zədələnmiş genlərin aşkar edilməsi həkimlərə xəstəliyin müalicəsində yardım göstərəcək. Doktor Kris bu testlərin effektiv olduğunu və ucuz başa gəldiyini deyir. Testlərin nəticələri onkogeninə müdaxilə edilmiş ağ ciyər xəçəngi xəstələrinin kimya terapiyası alan xəstələrdən bir il çox yaşadıqlarını göstərib. Bundan əlavə, zədələnmiş genləri hədəf alan dərmanların yan təsirləri daha azdır.
XS
SM
MD
LG