Accessibility links

Məhkəmə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib

Nəsimi rayon Məhkəməsi “Hüquq Maarifçiliyi” Cəmiyyətinin rəhbəri İntiqam Əliyev barəsində 3 ay həbs qətimkan tədbiri seçib.

Vəkil Anar Qasımlı Amerikanın Səsinə bildirib ki, İ.Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun sözlərinə görə məhkəmədə İntiqam Əliyev həbsinin arxasında hüquq deyil siyasi motivlərin dayandığını deyib.

"O biri məhbusların müdafiəsilə məşğul olun, mənə vaxt sərf eləməyin" deyə məhkəmədə İntiqam Əliyev bildirib.

XS
SM
MD
LG