Accessibility links

Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlayır


ATƏT-ə üzv ölkələrin bayraqları
ATƏT-ə üzv ölkələrin bayraqları

2014-cü ilin yanvarında həmsədrlər ATƏT-in yeni sədri ilə görüşəcək

Dekabrın 15-19-da ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində son hadisələri müzakirə etmək məqsədilə regionda səfərdə olublar.

Bu barədə ATƏT-in yaydığı press-relizdə deyilir.

Press-relizə görə həmsədrlər dekabrın 15-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə, dekabrın 16-da Yerevanda Ermənistan prezidenti Serj Sarkisyanla, dekabrın 17-də isə Dağlıq Qarabağın “de-fakto hakimiyyət” nümayəndələri ilə görüşüblər.

Prezidentlər və həmsədrlər noyabrın 19-da Vyanada keçirilmiş yüksək səviyyəli görüşün və xaric iişlər nazirlərinin dekabrın 4-5-də Kiyevdə baş tutmuş məsləhətləşmələrinin yekununu müzakirə ediblər.

Onlar bu danışıqların mövzusuna əsaslanaraq 2014-cü ilin yanvarayında səyləri davam etdirməkdə qətiyyətli olduqlarını bildiriblər.

Həmsədrlər tərəfləri gərginlik yarada biləcək hərəkətlərdən çəkinməyə və danışıqlar rmasası arxasında irəliləyişə kömək edəcək ab-havanı saxlamaq üçün işləməyə çağırıblar.

Həmsədrlər 2014-cü ilin yanvar ayında ATƏT-in yeni sədri ilə məsləhətləşmələr aparmaq üçün İsveçrəyə yola düşəcəklər.

Bundan sonra iki xarici işlər naziri ilə görüş və növbəti sammitə hazırlıq planlaşdırılır.
XS
SM
MD
LG