Accessibility links

S-300 PMU və S-125 2TM tipli raketlərin şərti atəşi ilə qarşı tərəf məhv edilib [Fotoqalereya]


Hərbi Hava Qüvvələrinin təlimi

Hərbi Hava Qüvvələrinin təlimi

Azərbaycan Hərbi Hava Qüvvələri təlimləri davam etdirir

Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına götə
təlimin ssenarisinə əsasən hava məkanını pozan şərti düşmən aşkarlanaraq, onun haqqında informasiya döyüşü idarəetmə məntəqəsinə çatdırılıb. Hava hədəfləri izlənməyə götürülüb, S-300 PMU və S-125 2TM tipli zenit raket komplekslərinin şərti atəş zərbələri ilə şərti düşmən dərhal məhv edilib.

Mətbuat xidməti bildirir ki, təlimlərə cəlb olunan döyüş aviasiyası təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı şərti düşmənin yerüstü hədəflərini və döyüş texnikasını, o cümlədən, onun mühəndis-istehkam qurğularını idarəolunmayan raketlər və aviasia məhvetmə vasitələrilə tam dağıdıb.

Təlimlərə müdafiə naziri Zakir Həsənov rəhbərlik edir və Hərbi Hava Qüvvələrinin təlimləri davam edir.

XS
SM
MD
LG