Accessibility links

Dövlət Sərhəd Xidməti Gürcüstanda tutulan heroin çəlləklərindən xəbərsizdir


Sərhəd keçidi
Sərhəd keçidi

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi də bu hadisə ilə bağlı heç bir şərh verməyib

Dövlət Sərhəd Xidməti Gürcüstan ərazisilə Azərbaycandan Türkiyəyə gedən yük avtomobilində 2 790 kiloqram “maye heroin”in aşkar edilməsi ilə bağlı məlumatı təsdiq etmir.

DSX mətbuat xidmətinn rəhbəri Elxan Nağıyev Amerikanın Səsinə bildirib ki, “bizdə belə bir məlumat yoxdur”. “Eyni zamanda Gürcüstan hüquq- mühafizə orqanları bizə müraciət etməyiblər”, o məlumatı inkar edib.

Bununla bağlı Milli Təhlükəsizlik Nazirliyinin mövqeyini öyrənmək istədikdə İctimaiyyətlə Əlaqələr Mərkəzi Gömrük Komitəsinə və Dövlət Sərhəd Xidmətinə zəng etməyi məsləhət görüb.

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi də bu hadisə ilə bağlı heç bir şərh verməyib.

Gürcüstanda tutulan heroin çəlləkləri
Gürcüstanda tutulan heroin çəlləkləri

İyulun11-də Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi bildirib ki, Azərbaycandan Gürcüstana gedən yük avtomobilində içərisində heroin olan 93 ədəd 30 kiloqramlıq çəllək aşkarlanıb. İki nəfər Gürcüstan vətəndaşı saxlanılıb.

“Bu həcmdə narkotik vasitənin götürülməsi Gürcüstan üçün görünməmiş hadisədir. Ekspert-kriminal xidmətin məlumatına görə, narkotik maddə 80% təmiz heroindən ibarətdir, bazar qiyməti yüz milyonlarla dollardır”, - DİN qeyd edib.

XS
SM
MD
LG