Accessibility links

İrandan Azərbaycana 141 kq heroin keçirənlərin qarşısı alınıb [Video]


Don Smith reacts as Cap'n Crunch the Great Dane yawns during the Meet the Breeds event ahead of the 143rd Westminster Kennel Club Dog Show in New York, Feb. 9, 2019.
Don Smith reacts as Cap'n Crunch the Great Dane yawns during the Meet the Breeds event ahead of the 143rd Westminster Kennel Club Dog Show in New York, Feb. 9, 2019.

Hazırda faktla bağlı araşdırma aparılır

Avqustun 14-də Astara Gömrük İdarəsinin (Bakıdan 317 kilometr cənub) əməkdaşları tərəfindən İrandan gələn Tacikistan vətəndaşı Muxameddin İsmayılovun idarə etdiyi “DAF” markalı yük maşınının döşəməsinin altındakı gizli saxlanc yerlərindən ümumi çəkisi 141 kiloqram 156 qram heroin aşkar olunaraq götürülüb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.

Nəqliyyat vasitəsini idarə edən Tacikistan vətəndaşı ilkin ifadə zamanı Azərbaycandan transit keçməklə Gürcüstana, oradan isə Ukraynaya getmək istədiyini bildirib.

Nəqliyyat vasitəsini idarə edən Tacikistan vətəndaşı ilkin ifadə zamanı Azərbaycandan transit keçməklə Gürcüstana, oradan isə Ukraynaya getmək istədiyini bildirib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, analoji olaraq 2014-cü ilin iyulunda Azərbaycandan Gürcüstana daxil olmuş yük maşınından 2.79 ton maye şəklində heroin aşkarlanıb.

Öz növbəsində Azərbaycan Daxili İşlər Nazirliyinin 2016-cı il hesabatında deyilir ki, narkotiklərlə əlaqədar müəyyən edilmiş 1675, o cümlədən onların satışı ilə bağlı 429 fakt üzrə ötən ilin 6 ayı ilə müqayisədə 177 kiloqram çox, bütövlükdə 609 kiloqram narkotik vasitə götürülüb.

XS
SM
MD
LG