Accessibility links

Gürcüstanda 2 790 kiloqram heroin tutulub


Gürcüstanda tutulan heroin çəlləkləri
Gürcüstanda tutulan heroin çəlləkləri

Heroin Azərbaycan ərazisindən keçirilib

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) beynəlxalq narkotrafikin qarşısını alıb.

Turan agentliyi Gürcüstan DİN-ə istinadən bildirir ki, Gürcüstan ərazisi ilə Azərbaycandan Türkiyəyə gedən yük avtomobilində 2 790 kiloqram “maye heroin” aşkar edilib.

Axtarış zamanı içərisində heroin olan 93 ədəd 30 kiloqramlıq çəllək aşkarlanıb. İki nəfər Gürcüstan vətəndaşı saxlanılıb.

“Bu qədər narkotik maddənin aşkar edilməsi Gürcüstan üçün görünməmiş hadisədir. Ekspert-kriminal xidmətin məlumatına görə, narkotik maddə 80% təmiz heroindən ibarətdir, bazar qiyməti yüz milyonlarla dollardır”, - DİN qeyd edir.

Ekspertlərin məlumatına görə, maye heroinin tərkibi bir neçə il öncə Əfqanıstan narkotik maddə istehsalçıları tərəfindən hazırlanıb və “Allahın göz yaşları” adlandırılıb. Maye heroinin formulu heroin qaçaqmalçılığının sadələşdirilməsi və onun müxtəlif texniki və ya ərzaq malları adı altında ört-basdır edilməsi üçün yaradılıb.

Qeyd edək ki, yük onlarla 20 litrlik plastik qablarda olub və gizlədilməyib.

“Necə olub ki, yük maneəsiz şəkildə Azərbaycandan daşınıb? Bu suala Azərbaycan DİN, MTN, Sərhəd Xidməti və Gömrük Xidməti cavab verməlidir, deyə agentlik bildirir.

Ekspertləin fikrincə, belə həcmdə narkotik maddənin himayədar olmadan daşınması mümkün deyil. “Bu əməliyyatın arxasında kimim durduğu və Azərbaycanda kim tərəfindən himayə olunduğu sual doğurur. Bu sualın cavabı isə yükün özündən daha maraqlı və vacibdir”, Turan qeyd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG