Accessibility links

Əfqanıstan prezidenti Həmid Karzay və ABŞ-ın müdafiə naziri Çak Heygelin birgə mətbuat konfransı təxirə salınıb


Bu gün Kabildə Əfqanıstan prezidenti Həmid Karzay və ABŞ-ın müdafiə naziri Çak Heygelin birgə mətbuat konfransı təhlükəsizlik səbəbi ilə təxirə salınıb.

Paytaxtda və Xost şəhərlərində bir gün əvvəl həyata keçirilən kamikadze hücumları 19 adamın ölümü ilə nəticələnib. Hücumlardan biri Heygelin Əfqanıstana səfəri günü Müdafiə Nazirliyi yaxınlığında həyata keçirilib.

Bu gün səhər prezident Karzay Talibanın “Amerikanın xidmətində” olduğunu deyib. Əfqanıstanın dövlət başçısı hücumları xarici qüvvələrin ölkədə qalmasının istənilməsi kimi qiymətləndirib.

ABŞ-ın Əfqanıstandakı qüvvələrinin generalı Cozef Danford bildirib ki, son 12 il ərzində gərgin mübarizə aparılmış,qanlar tökülmüşdür, lakin qeyri-sabitlik və zorakılıqların bizim mənafeyimizə xidmət edəcəyini düşünməmişik.

ABŞ-ın müdafiə naziri Çak Heygelin Əfqanıstana səfərinin məqsədi cəzaçəkmə müəssisələrinin Əfqanıstanın nəzarətinə verilməsi məqsədi daşıyır. Lakin dünən ölkələr arasında razılaşma əldə edilmədiyinə görə, əsas cəzaçəkmə müəssisəsinin təhvilinə dair mərasim təxirə salınmışdı.
XS
SM
MD
LG