Accessibility links

İngilis dilinin ulu məskəni - Türkiyə


Son tədqiqatlara əsasən ingilis, fransız, rus, fars, hətta qədim yunan dilinin də daxil olduğu Hind-Avropa dilləri Türkiyədə yaranıb.

Alimlərin bəzisi bu dil ailəsinin 6 min il əvvəl Rusiyanın Xəzər dənizi regionunda, digərləri isə 8000-9500 il bundan əvvəl Türkiyədə yaranaraq, kənd təsərrüfatı yolu ilə yayıldığını təxmin edir.

Yeni Zelandiya alimi Quentin Atkinsonun dediyinə görə, DNK test üsulu ilə dillərin bioloji təkamül prosesi müəyyən edilib. Virusların aşkarlanması üsulundan bu dəfə dillər üçün istifadə edilib.

Alimlər 103 dildən istifadə edilən və eyni tələffüzə malik olan 200 söz üzərində araşdırma aparıb.

Hazırda Hind-Avropa dil ailəsinə Avropa, İran və Cənubi Asiya ölkələrində danışılan yüzlərlə dil daxildir.

Bu ailənin dillərində danışanların sayı təxminən 2,5 milyard nəfərdir.
XS
SM
MD
LG