Accessibility links

1993-cü ildə Mumbayda 257 nəfərin ölümü ilə nəticələnən bomba hücumunda əli olan Yaqub Memon bu gün səhər saatlarında edam edilib.

53 yaşlı Memon Hindistan Ali Məhkəməsinin onun son xahişini rədd etməsindən bir neçə saat sonra ölkənin qərbindəki Naqpur şəhərinin həbsxanasında asılmaqla edam edilib.

Memon bomba hücumuna görə ilkin məhkəmədə edam hökmü çıxarılan 11 nəfərdən biri olsa da, sonradan bu hökmün qüvvədə qaldığı yeganə günahkardır. Digərlərinə qarşı hökm ömürlük həbs cəzası ilə əvəz olunmuşdu.

Yaqub Memona qarşı 2007-ci ildə Bombey Səhmdar Birjası və Hindistan Hava Yolları şirkətləri, kino-teatrlar, mehmanxanalar də daxil edilməklə, Mumbayda həyata keçirilən çox sayda bomba hücumlarının təşkili və maliyyələşdirilməsi ittihamları irəli sürülmüşdü.

XS
SM
MD
LG