Accessibility links

Hindistanda restoranda partlayış


Hindistanda restoranda qaz silindri partlayışı nəticəsində 89 adam həlak olub. Onlarla insanın xəsarət aldığı bildirilir.

Polisin məlumatında ölənlərin sayının artacağı deyilir. Belə ki, dağıntılar altında çoxsalı insan qalıb. Xəstəxanaya çatdırılan 100 nəfərdən 20-nin vəziyyəti ağırdır.

Restorana bitişik qonşu obyekdə qanunsuz detonatorlar saxlanılıb.

Partlayış Madhya Pradeş ştatının Petlavad şəhər restoranında insanların səhər yeməyinə gəldiyi vaxt baş verib.

Partlayış yaxınlıqdakı binalara ziyan vurub, ətrafda yaşayanlar evakuasiya edilib.

Bu arada Himaçal Pradeş ştatında qatarın reyldən çıxması səbəbi ilə 2 britaniyalı turist həlak olub, bir neçə adam xəsarət alıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG