Accessibility links

Bazar ertəsi Hindistan polisi hindistanlı tələbənin 3 il öncə zorlandığı bir qrup şəxs tərəfindən yenidən zorlandığını açıqlayıb.

5 nəfər tərəfindən təcavüzə məruz qalmış Dalet şəhərindən olan gənc qız şimal ştatlarından olan Haryana xəstəxanasında müalicə olunur.

Kimliyi məxfi saxlanılan tələbə baş verənləri jurnalistə danışıb.

“Universitetdən evə qayıdırdım. Üç adam avtomabilin içində, ikisi isə kənarda idi. Onlar məni zorla avtomobilə mindirdilər,” deyə cinayət qurbanı bildirib.

Polis 5 şəxsi 21 yaşlı qızı universitetin qarşısından qaçırmaq, zorla narkotik maddə vermək və zorlamaqla ittiham edir. Zorlandıqdan sonra huşsuz halda kolların arasına atılan qurban oradan keçən şəxslər tərəfindən tapılıb.

Cinayətə məruz qalmış tələbə qız cinayəti törədən beş şübhəlini tanıyıb. Onlardan ikisi 2013-cü ildə qurbanı zorlayan şəxslərdir. Cinayət qurbanının ailəsinin sözlərinə əsasən, ilk cinayətlə bağlı məhkəməni gözləyən iki şəxs hədə ilə qurbanın şikayətini geri götürməsini tələb edib.

Bir qrup daletli polisin ilk cinayətlə bağlı hərəkətsizliyinə qarşı etiraz aksiyası keçirib.

Təkcə 2014-cü ildə Hindistanda 37 min zorlama hadisəsi baş verib ki, aktivistlər bu rəqəmin daha yüksək olduğunu iddia edir.

Show comments

XS
SM
MD
LG