Accessibility links

Prezident Obama: "Yekun qərar qəbul etməmişəm."


ترکی کی سرحد کے قریب شام کے علاقے ’کوبانی‘ میں تازہ فضائی کارروائی میں شدت پسندوں کے ٹھکانوں کو نشانہ بنایا گیا۔
ترکی کی سرحد کے قریب شام کے علاقے ’کوبانی‘ میں تازہ فضائی کارروائی میں شدت پسندوں کے ٹھکانوں کو نشانہ بنایا گیا۔
ABŞ Prezidenti Barak Obama deyir ki, o, Suriyada deyilənə görə baş vermiş kimyəvi hücuma cavabla əlaqədar son qərar qəbul etməyib, amma əlavə edib ki, o, "məhdud və dar" ölçü götürməyə hazırlaşır.

Prezident cümə günü ABŞ Dövlət Katibi Con Kerrinin bəyanatından az sona açıqlama verib. Həmin bəyanatda ABŞ-ın baş diplomatı amerikalı kəşfiyyatçıların Suriya hökumətinin ötən həftə zəhərli qazdan istifadə etməsinə əmin olduğunu bildirib.

Kerri ötən həftə baş vermiş hücum nəticəsində 1429 suriyalının, o cümlədən 426 uşağın həlak olduğunu deyib.

Onun sözlərinə görə, məlumatlar Suriyanın kimyəvi silah komandasının hücumun həyata keçirilməmişdən 3 gün əvvəl ərazidə olduğunu göstərir. Dövlət Katibi habelə deyib ki, raketlər yalnız rejimin nəzarətində olan ərazilərdən atılıb və yalnız rəqib qüvvələrin nəzarət etdiyi ərazilərə və məhəllələrə atılıb.

Obama administrasiyasının yüksək rütbəli rəsmisi prezidentin hərbi variantları nəzərdən keçirdiyini və milli təhlükəsizlik heyəti ilə məsləhətləşdiyini söyləyib.

Rəsmi habelə bildirib ki, Prezident Obama Konqres və müxtəlif beynəlxalq tərəfdaşlarla dialoqdadır.
XS
SM
MD
LG