Accessibility links

Hollivud söz-söhbətləri: Əşton Kutçer və Demi Mur


Hollivud söz-söhbətləri: Əşton Kutçer və Demi Mur
Hollivud söz-söhbətləri: Əşton Kutçer və Demi Mur

Əşton Kutçer Demi Murla beş ildir ki, evlidir. Lakin aktyorun heç zaman yaşamadığı, Hollivuddakı 2.6 milyon dollar dəyəri olan evini indi satdığı barədə söz-söhbət dolaşır.

Cessika Simpson deyilənə görə nişanlısı Erik Consona ilk baxışdan aşiq olmayıb. Müğənni New York Magazine jurnalına nişanlısını indi sevdiyinə baxmayaraq, ona vurulacağını əvvəlcədən bilmədiyini deyib.

Sofía Vergara
Sofía Vergara

Modern Family komediya filminin ulduzu Sofia Verqara Shape jurnalına qardaşının bir vaxtlar onu arıq olduğuna görə məsxərəyə qoyduğunu bildirib. Sofia hamı onu çöp adlandırdığına görə özünə fikir verməyə başlayıb.

Aktyor Ceyms Franko rəssamlıqla məşğul olur. O, Berlinə uçaraq orada qisa-metrajlı filmlər, foto-şəkillər və rəsm əsərləri ilə zəngin `The Dangerous Book Four Boys` adlı sərgisini açıb.

XS
SM
MD
LG