Accessibility links

Honq Konq rəsmiləri nümayişlərə son qoyulmasına çağırır


Honq Konqun icra hakimiyyətinin başçısı etirazçıları dərhal nümayişlərə son qoymağa çağırıb. Fəallar isə nümayişləri genişləndirəcəkləri barədə xəbərdarlıq ediblər.

İcra hakimiyyətinin başçısı Leunq Çun-yinq bildirib ki, o, etirazçıların onun istefası və demokratik islahatlar keçirilməsinə dair tələblərini yerinə yetirməyəcək.

O, nümayişlərin nəzarətdən çıxdığını səbəb gətirərək, “Mərkəzi İşğal et” hərakatını beş gündür davam edən nümayişlərə son qoymağa çağırıb.

Etirazçılar tələblərə məhəl qoymayaraq, çərşənbə axşamı küçələrə axışıb. Çinin Milli Günündə də böyük izdiham gözlənilir.

Polisin etirazçılara qarşı gözyaşardıcı qaz və bibər qazından istifadə edərək, bayram günündən əvvəl nümayişçiləri meydanlardan çıxarmağa çalışacağı ehtimal edilir.

“Mərkəzi İşğal et” hərəkatı tələblərinin yerinə yetirilməsi üçün Leunq-a çərşənbə gününə qədər möhlət verib. Hərəkat üzvləri onların tələblərinin yerinə yetirilmədiyi halda növbəti mərhələdə vətəndaş itaətsizliyi elan edəcəklərini bildiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG