Accessibility links

Hərbi hissədə əsgər digər iki əsgəri öldürüb


Sıravi əsgər Vüqar Məmmədova məxsus avtomatdan atəş açılıb. Nəticədə əsgərlər Pünhan Nağızadə və Müseyib Hüseynov ölüb, daha iki əsgər yaralanıb.

Aprelin 17-də Şəmkir rayonundakı hərbi hissələrdən birində faciəvi hadisə baş verib. Sıravi əsgər Vüqar Məmmədova məxsus avtomatdan atəş açılıb. Nəticədə əsgərlər Pünhan Nağızadə və Müseyib Hüseynov ölüb, daha iki əsgər yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Vüqar Məmmədov həbs edilib. Hərbi Prokurorluq cinayət işi açıb. Müdafiə Nazirliyinin yüksək vəzifəli məmurlarından ibarət komissiya hadisə yerinə yollanıb.

Mətbuat xidməti hərbi hissədə insidentin səbəbləri barədə və fakt üzrə cinayət işinin hansı maddə ilə başlanması barədə məlumat vermir.

Xatırladaq ki, bundan öncə də hərbi hissələrdə analoji hadisələr olub.

XS
SM
MD
LG