Accessibility links

Human Rights Watch: Azərbaycanda səkkiz jurnalist və üç hüquq müdafiəçisi həbsdədir


Human Rights Watch Urmiyə gölü etirazlarında tutulanlara azadlıq tələb edib
Human Rights Watch Urmiyə gölü etirazlarında tutulanlara azadlıq tələb edib

Təşkilat İnternet İdarəçiliyi Forumunun təşkilatçısı olan BMT baş katibini Azərbaycan hökumətinə insan haqları üzrə öhdəliklərini xatırlatmağa çağırır

Azərbaycanda azı səkkiz jurnalist və üç hüquq müdafiəçisi həbsdədir, ifadə azadlığı ciddi şəkildə məhdudlaşdırılır. Eyni zamanda bu ölkə BMT-nin himayəsi ilə İnternet İdarəçiliyi Forumu (IGF) keçirir. Bu barədə Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatının bəyanatında deyilir.

Hökumət həbsdə olan jurnalistlərin və fəalların azadlığa buraxılması, böhtanın dekriminallaşdırılması, paytaxtın mərkəzi meydanlarında müxalifətin mitinqlərinə qadağaların qoyulmaması üçün bu imkandan istifadə etməlidir.

Noyabrın 6-9-da BMT-nin himayəsi ilə İnternet İdarəçiliyi Forumunda hökumət, vətəndaş cəmiyyətinin üzvləri insan inkişafının təminatı məqsədilə İnternet sahəsində dövlət siyasəti məsələlərini müzakirə edəcək.

“Lakin bu potensialı reallaşdırmaq üçün Azərbaycan ilk öncə öz vətəndaşlarının repressiyadan qorxmayaraq fikrini ifadə etmək azadlığını təmin etməlidir”, HRW-nin Cənubi Qafqaz üzrə nümayəndəsi Georgi Qogiya bildirib.

HRW-nin Forum ərəfəsində hazırladığı 10 səhifəlik sənəddə qeyd olunur ki, Azərbaycanda jurnalistlər və hüquq müdafiəçiləri öz jurnalist araşdırmalarına, siyasi fəallığına görə həbs olunur, təqiblərə məruz qalır. Əvəz Zeynallının, Vidadi İsgəndərovun, İdrak Abbasovun və digərlərinin işləri yada salınır.

Təşkilat Forumun formal təşkilatçısı olan BMT baş katibi Pan Gi Munu Azərbaycan hökumətinə insan haqları üzrə öhdəliklərini xatırlatmağa çağırır.
Sənəddə həmçinin qeyd olunur ki, Azərbaycan hakimiyyəti dinc etiraz aksiyalarını zorakılıqla və dinc nümayişçilərin həbsi ilə dağıtmaqla ifadə azadlığını məhdudlaşdırır.

Fəallar dinc nümayişləri təşkil etmək üçün sosial mediadan istifadə edir. Lakin 2006-cı ilin əvvəlindən hakimiyyət Bakının mərkəzində müxalifətin bir etiraz aksiyasına belə icazə verməyib. Bu cür qadağa Azərbaycanın toplaşma və ifadə azadlığına hörmətlə bağlı beynəlxalq öhdəliklərinə ziddir, HRW qeyd edir.
XS
SM
MD
LG