Accessibility links

Azərbaycan Burkina Faso və və Kot-d’İvuarda humanitar əməliyyatlar keçirib


Azərbaycan həkimləri Afrikada katarak əməliiyatı edir
Azərbaycan həkimləri Afrikada katarak əməliiyatı edir

Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) kataraktdan əziyyət çəkən insanlara yardım etməkdə davam edir.

AİDA İslam İnkişaf Bankı ilə strateji əməkdaşlıq çərçivəsində 2012-ci ildən bəri İslam Əməkdaşlıq Təşkilatına üzv Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində Burkina Fasonun Uaqaduqu şəhərində və Kot-d’İvuarın Abican şəhərində ödənişsiz əsasda göz-katarakt əməliyyatları keçirir.

Azərbaycan həkimləri Afirkada müayinələr aparır
Azərbaycan həkimləri Afirkada müayinələr aparır

AİDA-nın məlumatına görə, bu il iyulda keçirilən humanitar kampaniya nəticəsində 3500 nəfərdən çox insan göz müayinəsindən keçib və uğurla həyata keçirilmiş katarakt cərrahiyyə əməliyyatları nəticəsində Burkina Fasoda 314, Kot-d’İvuarda isə 487 nəfər görmə qabiliyyətini qismən və ya tamamilə itirmiş insanın görmə qabiliyyəti bərpa olunub.

Ümumilikdə, Afrika ölkələrində 2012-ci ildən bəri həyata keçirilən bu kampaniya nəticəsində 15000-dən çox insan öz sağlamlığına qovuşub.

XS
SM
MD
LG