Accessibility links

Bakıda Beynəlxalq Humanitar Forum açılıb


Hymanitar Forum
Hymanitar Forum

Forumda çoxsaylı Nobel mükafatı laureatları, keçmiş prezidentlər, müxtəlif ölkələrin hökumət rəhbərləri, nazirlər, elm-təhsil və mədəniyyət sahəsində çalışan tanınmış dünya xadimləri iştirak edir

Oktyabrın 4-də Bakıda “XXI əsr: Ümidlər və təhdidlər” mövzusunda beynəlxalq humanitar forum açılıb. Toplantıda dünyanın 70 ölkəsindən 694 nümayəndə iştirak edir. Onların sırasında çoxsaylı Nobel mükafatı laureatları, keçmiş prezidentlər, müxtəlif ölkələrin hökumət rəhbərləri, nazirləri, elm-təhsil və mədəniyyət sahəsində çalışan tanınmış dünya xadimləri var.

Forumda prezident İlham Əliyev iştirak edir. Açılış mərasimində Rusiya prezidenti Vladimir Putinin müraciəti, UNESCO-nun baş direktoru xanım İrina Bokovanın video müraciəti səslənib, İSESCO-nun baş direktoru Abdulaziz əl-Tüveycri çıxış edib.

Oktyabrın 5-də forum çərçivəsində “İqtisadi inkişaf modellərinin humanitar aspektləri”, “Müasir KİV və təhdidlər”, “XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar”, “Multikulturalizm və mədəni özünüdərk”, “Cəmiyyət həyatında multikulturalizm” mövzularında “dəyirmi masa”lar keçiriləcək.

Bakı Beynəlxalq Humanitar Forumu - qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il dünyada tanınmış xadimlərini bir araya toplayan tədbirdir.
XS
SM
MD
LG