Accessibility links

Milli fəal təqribən 3 həftədir aclıq keçirir

HRA agentliyi təqribən üç həftədir Təbriz Mərkəzi Zindanında aclıq aksiyası keçirməkdə olan türk fəal Rəsul Rəzəvinin durumunun ağır olduğu, yeriməyə və normal danışmağa qadir olmadığına dair məlumat yayıb.

Rəsul Rəzəvi müxtəlif zindanlarda saxlanılan bir neçə digər məhbusla birlikdə tanınmış fəal Abbas Lisaniyə dəstək məqsədilə ötən may ayının 19-da aclıq aksiyasına başlamışdı. Lakin, o, Lisaninin sərbəst buraxılması ilə aclığa son qoymayıb.

Təbriz küçələrində Rəsul Rəzəvinin azadlığını tələb edən plakatlar nümayiş etdirilir

Təbriz küçələrində Rəsul Rəzəvinin azadlığını tələb edən plakatlar nümayiş etdirilir

HRA-nın bildirdiyinə görə, Rəsul Rəzəvi daha əvvəl şərti azadlıq qanununa şamil olan 6 ay həbs müddətinin təkrar icraya qoyulması və haqqında başladılmış əlavə bir məhkəmə prosesinin gedişatına etiraz bildirmək üçün aclıq aksiyasına davam edir.

İranda insan haqları pozuntuları ilə bağlı məlumat yayan HRA agentliyi Rəzəvinin yaxınlarına istinadən onun lazımi dərman və tibbi yardımla təmin edilmədiyini yazır.

XS
SM
MD
LG