Accessibility links

Hüsnü Mübarəkin məhkəmə qərarı apellyasiya ediləcək

  • Amerikanın səsi

Misirin dövlət prokurorluğunun bildirdiyinə görə, Hüsnü Mübarək, onun oğulları və təhlükəsizlik rəsmilərinin məhkəmə qərarları apellyasiya ediləcək. Prokurorluq Mübarəkin ölüm cəzasına məhkum edilməsini tələb edirdi.

Mübarəkin müdafiə komandası da apellyasiya məhkəməsinə müraciət ediləcəyini bəyan edib.

Misirin sabiq prezidenti Hüsnü Mübarək ömürlük həbs cəzasına məhkum edilib. O, hökumət əleyhinə nümayiş keçirən yüzlərlə insanın qətlində ittiham edilirdi.

Misirin sabiq daxili işlər naziri Həbib Əl-Ədli də ömürlük həbs cəzasına məhkum edilib. Mübarəkin korrupsiya ittihamları altında olan iki oğluna isə bəraət qazandırılıb.

Məhkəmədən sonra minlərlə insan Qahirənin Təhrir meydanı və digər şəhərlərdə Mübarəkə ölüm cəzası verilməsi çağırışları ilə aksiya keçirib.

Bu arada, Misir mətbuatı qərarın mübarəkin səhhətinə ciddi təsir etdiyini bildirib.

Qərar Misirin prezident seçkiləri ilə bağlı parçalanmaya məruz qaldığı bir vaxta təsadüf edir.

XS
SM
MD
LG