Accessibility links

İstanbulda ‘İran kinosundan türkcə film günləri’ keçirilir


Dekabr ayının 7-dən 11-ə qədər İstanbulda keçirilən “İran kinosundan türkcə film günləri” adlı proqram çərçivəsində İran Azərbaycanında türk dilində çəkilmiş 21 film nümayiş etdiriləcək.

İstanbul Böyükşəhər bələdiyyəsinin təşkil etdiyi 5 günlük tədbirdə 13 qısametrajlı, 4 uzun və 4 sənədli filmin nümayişi ilə bərabər şəkil sərgisi və İran kinosunun türkcə filmləri ilə əlaqədar seminar təşkil olunacaq.

“İran kinosundan türkcə film günlərində” əksəriyyəti Təbriz, Urmiyə və Ərdəbil şəhərlərində keçən bir neçə ildə çəkilmiş filmlərdən əlavə dekabr ayında vəfat edən rejissor Yədulla Səmədinin 1997-ci ildə çəkdiyi Saray filmi də nümayiş ediləcək.

Tədbir Beyoğlu məhəlləsinin Yeşilçam kinoteatrında keçiriləcək.

XS
SM
MD
LG