Accessibility links

Braziliyalı futbolçu Ronaldinyo Bakıya gəlib


"Qəbələ” İdman Klubu növbəti layihəsini məhz Ronaldinyo ilə birlikdə həyata keçirməyə hazırlaşır.

Bu barədə İdman Klubunun məlumatında deyilir.

Bildirilir ki, braziliyalı futbolçu Azərbaycanda bu missiyanın reallaşdırılmasında rol oynayacaq.

Klub onu da qeyd edir ki, "Ronaldinho Soccer Academy" Bakıda açılacaq.

Ronaldinyo Bakıda
Ronaldinyo Bakıda

Akademiya artıq futbolçunun doğulduğu Qremio şəhərində, həmçinin BƏƏ-nin Dubay şəhərində "Ronaldinho Soccer Academy" fəaliyyət göstərir.

“6 yaşdan yuxarı futbolçular üçün nəzərdə tutulan məktəbdə həm ödənişsiz, həm də ödənişli əsaslarla məşqlər keçiriləcək. Yüksək səviyyəli meydançalarda veriləcək futbol təlimilə yanaşı, müxtəlif sosial fəaliyyətlər də nəzərdə tutulur.

Ölkəmizin regionları və xarici ölkələrə səfərlər, müxtəlif yarışlarda iştirak idman bünövrəsinin qoyulmasında, yay futbol məktəbləri, seminarlar, “Ronaldinyonun dili – portuqalca” dərsləri futbolçuların fərdi inkişafında rol oynayacaq”, məlumatda qeyd edilir.

Klub hesab edir ki, "Ronaldinho Soccer Academy"-nin açılması ölkədə futbolun daha da kütləşviləşdirilməsi və inkişafı yolunda böyük bir təkan olacaq.

Ronaldinyonun iştirakı ilə bu gün Bakıda Olimpiya stadionunun konfrans zalında mətbuat konfransı keçiriləcək. Mətbuat konfransının ardından Ronaldinyo Olimpiya stadionunun yardımçı meydançasında "Qəbələ" Akademiyasının U-15 komandası ilə məşqə çıxacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG