Accessibility links

Prezident Əliyev, ABŞ ticarət naziri, konqresmenlər və yəhudi icmalarının rəhbərləri ilə görüşüb


Azərbaycan prezideti İlham Əliyevin ABŞ-a səfəri davam edir.

Əliyev martın 30-da ABŞ ticarət naziri, konqresmenlər və Amerika İsrail İctimaiyyətlə Əlaqələr Komitəsinin (AIPAC), Avrasiya Yəhudilərinə Dəstək Milli Koalisiyasının və Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının (CPMAJO) rəhbərliyi ilə görüşüb.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, Əliyevin ABŞ ticarət naziri Penni Pritzker ilə görüşündə son vaxtlar Azərbaycanda gedən iqtisadi proseslər, işsizliyin aradan qaldırılması və qarşısının alınması ilə bağlı görülən tədbirlər, iqtisadiyyatın daha da inkişafı baxımından gömrük və vergi sahələrində aparılan islahatlar, kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları, ticarət əlaqələrinin daha da genişləndirilməsi məsələləri müzakirə olunub, “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, Amerika şirkətlərinin Azərbaycanda fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Ilham Əliyev ABŞ yəhudi icmalarının rəhbərləri ilə görüşür
Ilham Əliyev ABŞ yəhudi icmalarının rəhbərləri ilə görüşür

Prezident İlham Əliyevin Vaşinqtonda Amerika İsrail İctimaiyyətlə Əlaqələr Komitəsinin (AIPAC), Avrasiya Yəhudilərinə Dəstək Milli Koalisiyasının və Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının (CPMAJO) rəhbərliyi ilə görüşündə gələcək əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə toxunulub.

ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatlarının rəhbərləri belə görüşlərin həm Azərbaycan-ABŞ, həm də Azərbaycan-İsrail əməkdaşlığının inkişafına töhfə verdiyini vurğulayıb.

“Azərbaycan-ABŞ əlaqələri yüksək səviyyədədir və yəhudi təşkilatları da bu prosesə töhfə verir” .

Görüşdə əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı maraq ifadə olunub.

Ilham Əliyev ABŞ konqresmenləri ilə görüşür
Ilham Əliyev ABŞ konqresmenləri ilə görüşür

Konqresmenlərlə görüşdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin uğurlu inkişafı haqqında danışılıb, bir çox sahələrdə, xüsusilə siyasi, iqtisadi, enerji, müdafiə, təhlükəsizlik sahələrində əlaqələrin çox yaxşı səviyyədə olduğu bildirilib. ABŞ Konqresinin üzvlərinin bu əlaqələrin inkişafına töhfə verə biləcəkləri qeyd edib.

Söhbət zamanı “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Sonra dövlət başçısı konqresmenlərin suallarını cavablandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG