Accessibility links

İlkin Rüstəmzadənin bacısı: "Nə ailəsini, nə universiteti nəzərə aldı, yalnız xalqı düşündü" [Audio]


İlkin Rüstəmzadə bacısı Nərgiz Rüstəmzadə ilə (Fotoya görə Nərgiz Rüstəmzadəyə minnətdarlığımızı bildiririk)

İlkin Rüstəmzadə bacısı Nərgiz Rüstəmzadə ilə (Fotoya görə Nərgiz Rüstəmzadəyə minnətdarlığımızı bildiririk)

Nərgiz Rüstəmzadə İlkinin həbsinə diqqətin azlığından narahatdır

Hazırda həbsdə olan gənc fəal, Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadənin bacısı Nərgiz Rüstəmzadə Amerikanın Səsinə (www.amerikaninsesi.org) müsahibəsində qardaşının çox gülünc, saxta ittihamla üzləşdiyini və siyasi məhbus olduğunu deyib. Xuliqanlıq ittihamı ilə üzləşən İlkin Rüstəmzadə "Harlem Shake" videosuna görə saxlanılıb. "Bunu İlkin çəkməyib. Məhkəmədə də qetd olunub ki, o videonu çəkən də, montaj edən də bunu boynuna alıb. Digər tərəfdən bu videodan bütün dünyada var. Hətta YAP-ın İrəli Gənclər Təşkilatı da bunu oynamışdı. Bu o deməkdir ki, Harlem Shake oynayan hamısını həbs etmək lazımdır?" - deyə Nərgiz Rüstəmzadə bildirib


İlkinin yanvar ayından bəri keçirilən aksiyaları şəxsi təşəbbüsü ilə təşkil etməsinə baxmayaraq bacısı Nərgiz onun həbsinə olan diqqətin azlığından narahatdır. "N!DAçı və digər şərlənərək həbs edilən siyasi məhbusların adları çəkilir, hər yerdə vurğulanır, İlin isə kənarda qalıbdır. Məsələn ombudsman Elmira xanım Kürdəxanıdakı təcridxanada İlkindən başqa bütün siyasi məhbuslarla görüşüb. Daha sonra Avropadan hüquq müdafiəçilər, beynəlxalq təşkilat nümayəndələrinin heç biri İlkinlə görüşməyiblər. İlkin unudulmamalıdır!". Bunu İlkinin təmsil olunduğu təşkilatın yeni yaranması ilə əlaqələndirən Nərgiz Rüstəmzadə çox yerə müraciət etmədiklərini də dilə gətirir: "Mən ümumiyyətlə siyasi fəaliyyətlə məşğul olmuram. Sadəcə, bu aksiyalardan sonra mən də qardaşıma bir qədər qoşuldum. İlkin nə ailəsini, nə universiteti, nə də işini nəzərə aldı, yalnız xalqı, xalqın rifahını, milləti düşündü ki, mən bunu etməliyəm. Mən bu xalqı ayağa qaldırmalıyam!"

İlkinin saxlanma şəraiti ilə bağlı heç bir şikayətinin olmadığını bildirən Nərgiz Rüstəmzadə həftədə 1 dəfə onunla görüşdüklərini deyib. "İlkin sadəcə demişdi ki, Zaur Qurbanlının orada vəziyyəti ağırdır. Orada yaxın kameralardadırlar. Anası Səkinə xanımla da tez-tez telefonla danışırıq" - deyən Nərgiz Rüstəmzadə İlkin səhhəti ilə bağlı ciddi narahatlıq yaradan bir məsələ olmadığını bildirib.
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG