Accessibility links

Aİ İlqar Məmmədovun prezidentliyə namizədliyinin təsdiqini alqışlayır


İlqar Məmmədov

İlqar Məmmədov

Aİ hesab edir ki, Azərbaycan hökuməti Məmmədovun kampaniya aparması və seçkidə iştirak üçün səmərəli mövqe tutması üçün növbəti tədbirlər həyata keçirməlidir

Avropa İttifaqının Azərbaycandakı səfiri Rolan Kobia mülki və siyasi hüquqlarını həyata keçirməsi üçün REAL Hərəkatının rəhbəri İlqar Məmmədovun növbəti prezident seçkilərinə namizəd kimi təqdim etdiyi sənədlərin qeydiyyatının ilkin olaraq təsdiq edilməsi ilə bağlı Azərbaycanın Mərkəzi Seçki Komissiyasının verdiyi qərarı alqışlayır.

R.Kobiinaın bəyanatında deyilir ki, Məmmədov barəsində qətimkan tədbiri seçildiyi baxımından bunu qeydiyyat prosesinin ədalətli və hamı üçün açıq olmasını təmin etmək üçün Mərkəzi Seçki Komissiyasının göstərdiyi cəhdlərin müsbət nişanəsi olaraq görür.

“Bu prosedurada kampaniya aparmaq və seçkidə iştirak etmək üçün namizədlərin səmərəli mövqe tutması üçün növbəti tədbirlər həyata keçirilməlidir. Bu, beynəlxalq standartlar əsasında demokratik seçki prosesinə və Azərbaycanın bu sahədə üzərinə götürdüyü beynəlxalq öhdəliklərə töhfəsi olmalıdır”, - deyə o qeyd edir.

MSK İlqar Məmmədovun prezidentliyə namizədliyini avqustun 27-də təsdiq edib.
İlqar Məmmədova qarşı bu il yanvarın 23-24-də İsmayıllıda baş verən iğtişaşlardan sonra fevralın 1-də Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi ittiham irəli sürüb.

Məmmədov fevralın 4-də Cinayət Məcəlləsinin 233 – ictimai asayişin pozulmasına yönəlmiş hərəkətlərin təşkili və ya onlarda iştirak və 315 – güc tətbiq etməklə polisə müqavimət göstərmək maddələri ilə günahlı bilinərək həbs edilib.

Aprelin sonlarında 233-cü maddə daha ağır, 220.1-ci (kütləvi iğtişaşların təşkili) maddəsi ilə əvəz edilib.

Aprelin 9-da Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun işini növbədənkənar baxışa qəbul edib.

Beynəlxalq təşkilatlar Məmməbovu vicdan məhbusu kimi tanıyıb. O, həbsini siyasi sifariş adlandırıb.
XS
SM
MD
LG