Accessibility links

Şimali Karolina sahilləri və Vircinyanın cənubuna qasırğa gəlir


Qasırğanın sahillə paralel hərəkət edərək leysanlar, güclü küləklər və dənizdə təlatüm yaradacağı proqnozlaşdırılır

ABŞ sinoptikləri Şimali Karolina sahilləri və Vircinyanın cənubunun çox hissəsində Earl qasırğası ilə bağlı xəbərdarlıq yayıb. Qasırğanın saatda 205 kilometr küləklə müşayiət edəcəyi gözlənilir. Mayamidəki Milli Qasırğa Mərkəzi xəbərdarlıq edib ki, Earl qasırğası şərqi ABŞ sahillərində təhlükəli dalğa və ləpələr yaradaraq qarşıdan gələn əmək günü məzuniyyəti planlarını məhv edə bilər. Earl qasırğa intensivliyi 5 kateqoriyalı şkalada üçüncü kateqoriyadadır. Sonuncu dəfə qasırğa Bahama şərqi San- Salvador adasından təxminən 300 kilometr məsafədə qeydə alınıb. Qasırğa Şimali Karolina sahillərinə cimə günü səhər çata bilər. Mərkəzi dənizdə olan qasırğanın sahillə paralel hərəkət edərək leysanlar, güclü küləklər və dənizdə təlatüm yaradacağı proqnozlaşdırılır.

XS
SM
MD
LG