Accessibility links

Şimali Qafqazda qarşıdurmalar davam edir


Təqribən 400 nəfərə qədər insan arasında qarşıdurma zamanı odlu silahdan istifadə edildiyi deyilir

Rusiyanın cənub Dağıstan respublikasında baş verən dava zamanı azı 3 nəfərin öldüyü, 4-nün isə yaralandığı xəbər verilir. Polis iki kəndin sakinləri, təqribən 400 nəfərə qədər insan arasında qarşıdurma zamanı odlu silahdan istifadə edildiyini bildirib. Davanın səbəbi açıqlanmayıb.

Buna bənzər ölümlə nəticələnən qarşıdurmalar əsasən Çeçenistan, Dağıstan və İnquşetiya da daxil edilməklə, müsəlmanların çoxluq təşkil etdiyi Şimali Qafqaz regionunda demək olar ki, hər gün baş verir. Bu ayın əvvəlində Dağıstanın paytaxtı Mahaçkala şəhərinin hakimi güllə ilə vurulub öldürülmüşdü.

XS
SM
MD
LG