Accessibility links

Kristin Laqard Beynəlxalq Valyuta Fondunun rəhbəri seçilib (YENİLƏNİB)

  • Amerikanın səsi

Kristin Laqard Beynəlxalq Valyuta Fondunun rəhbəri seçilib (YENİLƏNİB)

Kristin Laqard Beynəlxalq Valyuta Fondunun rəhbəri seçilib (YENİLƏNİB)

Fransanın Maliyyə naziri Kristin Laqard Beynəlxalq Valyuta Fondunun rəhbəri seçilib. Fondun 24 üzvdən ibarət icraçı heyəti qərarı bu gün Vaşinqtonda keçirilən iclasda verib.

Laqard 70 ilə yaxındır əsası qoyulmuş Beynəlxalq Valyuta Fondunun ilk qadın rəhbəri olur. 55 yaşlı Laqard 2007-ci ildən Fransanın maliyyə naziridir.

Beynəlxalq Valyuta Fondunun rəhbəri vəzifəsi icraçı direktor Dominik Ştraus-Kanın seksual təcavüz ittihamları ilə bağlı istefa verməsindən sonra vakant idi. Dominik Ştraus-Kan bu ittihamları rədd edir.

Beynəlxalq Valyuta Fondu iqtisadi problemlərlə qarşılaşmış ölkələrə kredit ayırır və tövsiyələr verir. Təşkilat iqtisadi böhranla qarşılaşmış Yunanıstan iqtisadiyyatını xilas etməkdə mühüm rol oynayıb.

XS
SM
MD
LG