Accessibility links

İndoneziya təyyarəsi ilə əlaqə kəsilib


Bu gün İndoneziya sərnişin təyyarəsi pis hava şərtləri altında uçarkın Papua vilayəti ərazisində onunla əlaqə kəsilib.

Papua Bintanq rayonundakı kəndi sakinləri deyib ki, 54 sərnişinli təyyarə dağların üzərində çox aşağıdan uçan zaman qəzaya uğrayıb.

İndoneziya rəsmiləri deyir ki, xilasedicilər ucqar əraziyə göndərilib və onlar axtarışlara sabah səhər tezdən başlayacaqlar.

Triqana Hava yollarına məxsus 267 nömrəli uçuşla hərəkətedən təyyarə ilə təmas o, Papuanın paytaxtı Cayapuradakı Sentani hava limanından havaya qalxandan yarım saat sonra təmas itib. Təyyəarə adətən Oksibil şəhərinə 50 dəqiqəyə çatır.

Aviasiya rəsmiləri deyir ki, 54 sərnişindən 5-i uşaq, 5 isə ekipaj üzvü olub.

Axtarış əməliyyatları gecə olduğu üçün müvəqqəti dayandırılıb.

XS
SM
MD
LG