Accessibility links

Insan dərisinin altına yerləşdirilən şəxsiyyəti müəyyən edən çip [Video]


Insan dərisinin altına yerləşdirilən şəxsiyyəti müəyyən edən çip
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Insan dərisinin altına yerləşdirilən şəxsiyyəti müəyyən edən çip

Bunlar artıq bir çox pişik və it üçün mövcuddur, amma indi Belçikada kiçik bir şirkət deyir ki, insanlar da dərilərinin altında şəxsiyyəti müəyyən edən çip gəzdirsələr, müasir həyat çox daha asanlaşar. Bir çox insan da bununla razılaşır. Amma bəs texnologiya dəyişsə nə olacaq?

Radio tezliklə tanıma və ya RFID çipləri olan kredit kartlarından istifadə o qədər geniş yayılıb ki, demək olar hər kəsin pul qabında ən az bir neçə dənə bu cür kart var. Amma kartlar və açarlar itə bilər.

Ev tikəndə, bütün yüni texnologiyaları divarların və ya döşəmənin içinə yerləşdirmək ağıllı fikir deyil, çünki üç il sonra bu texnologiyaların hamısı köhnələcək. Bu, bədənimizə yerləşdiriyimiz cihazlara da aiddir. Üç il sonra onlar da köhnələcək.
Piter Bentli

Belçikalı marketinq və texnologiya şirkəti New Fusion deyir ki, əgər biz şəxsiyyətimizlə bağlı məlumatları dərimizin altında daşısaq, o zaman həm məlumatlarımızı daha yaxşı qoruya həm də kart və açarlardan qurtula bilərik.

“Mən “hər kəsin çipi olmalıdır” demirəm, amma hər şeyi bir kart, bir qolbaq və ya üzüklə aça bilsək, ideal vəziyyət yaranar. Bizim də məqsədimiz bu idi" deyə şirkətin baş icraçı direktoru Vinsent Nis bildirir.

Yeddi işçisi ilə birlikdə Nis könüllü olaraq içində radio tezliklə tanıma çipi olan kiçik şüşə flakonun baş barmağı ilə işarət barmağının arasındakı yumşaq yerə yerləşdirilməsini istəyib.

İndi onların ofislərinə daxil olmaq üçün açara ehtiyacları yoxdur.

Nis deyir ki, şəxsiyyəti müəyyən edən məlumatlar tamamilə təhlükəsizdir.

“Heç kəs mənim giriş icazəmdən istifadə edə bilməz, çünki unikal identifikator bizim sistemə bağlıdır və nüsxəsi çıxarıla bilməz,” o bildirir.

Vizit kartı, kontaktlar və mahnılar kimi çipə yerləşdirilən digər məlumatlar asanlıqla smartfon və digər cihazlara köçürülə bilər. Lakin unikal identifikator təkcə təhlküsəsiz saytlarla bölüşülür.

New Fusion ümid edir ki, daha çox insan yerləşdirilmiş çiplərin faydalarını görəcək. Amma bəziləri bundan o qədər də əmin deyil.

Mən “hər kəsin çipi olmalıdır” demirəm, amma hər şeyi bir kart, bir qolbaq və ya üzüklə aça bilsək, ideal vəziyyət yaranar. Bizim də məqsədimiz bu idi.
Vinsent Nis

“Ev tikəndə, bütün yüni texnologiyaları divarların və ya döşəmənin içinə yerləşdirmək ağıllı fikir deyil, çünki üç il sonra bu texnologiyaların hamısı köhnələcək. Bu, bədənimizə yerləşdiriyimiz cihazlara da aiddir. Üç il sonra onlar da köhnələcək”, deyə London Kollec Universitetindən Piter Bentli bildirir.

Radio tezliklə tanıma, yəni RFID çipləri bir çox heyvan və onların sahibləri üçün əlverişlidir, amma New Fusion tədqiqatçıları etiraf edir ki, çipləri insanlara yerləşdirmək o vaxt ağlabatan olacaq ki, çox sayda şirkət və müəssisə bu çipləri oxuyan cihazlar quraşdıracaq.

XS
SM
MD
LG