Accessibility links

İnstitut Milli Məclisin qəbul etdiyi internetdə diffamasiyaya görə cinayət məsuliyyəti müəyyən edən düzəlişləri qətiyyətlə pisləyir

Media Hüquqları İnstitutu (MHİ) mayın 14-də parlamentin qanunvericiliyə qəbul etdiyi, İnternetdə diffamasiyaya görə cinayət məsuliyyəti müəyyən edən düzəlişləri qətiyyətlə pisləyir.

MHİ hesab edir ki, bu cəzalar ifadə azadlığının pozulması vasitələrindən biridir.

“Cinayət Məcəlləsində 147 və 148-ci maddələrin olması Avropa Şurasının qərarlarına, xüsusən də Avropa İnsan Haqları Məhkəməsinin ifadə azadlığı hüququ ilə bağlı presedent hüququna ziddir”, - deyə MHİ-nin bəyanatında qeyd edilib.

Bundan başqa, 2011-ci ildə Azərbaycan prezidenti tərəfindən təsdiq edilmiş “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramı”na əsasən, 2012-ci ildə diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması üzrə təkliflər hazırlanmalı idi.

Lakin buna zidd olaraq, Azərbaycan parlamenti böhtana və təhqirə görə cəzanı daha da sərtləşdirib.

MHİ bunu geriləmə və hökumətin öhdəliklərinin pozulması kimi qiymətləndirir.

Show comments

XS
SM
MD
LG