Accessibility links

Rza Diqqəti:Əfqanıstan gəncləri dünyada bütün gənclər kimi ölkədə sülh, demokratiya və azadlıq olmasını arzu edir


Rza Diqqəti:Əfqanıstan gəncləri dünyada bütün gənclər kimi ölkədə sülh, demokratiya və azadlıq olmasını arzu edir

Rza Diqqəti:Əfqanıstan gəncləri dünyada bütün gənclər kimi ölkədə sülh, demokratiya və azadlıq olmasını arzu edir

Tanınmış foto-jurnalist Rza Diqqətinin fəaliyyəti və yaradıcılığında Əfqanıstan mövzusu xüsusi yer tutur

Tanınmış foto-jurnalist Rza Diqqəti 35 ildən artıqdır dünyanın qaynar nöqtələrinə gedərək, orada yaşayan minlərlə insanın həyatını çəkdiyi foto-şəkillər vasitəsilə təsvir edir.

Rza Diqqətinin foto-jurnalist kimi fəaliyyətində Əfqanıstan xüsusi yer tutur. Əfqanıstanda əfsanəvi səhra komandiri, sovet ordusuna qarşı mübarizə aparmış Əhməd Şah Məsudla yaxın dostluğu Rza Diqqətinin Əfqanıstan hekayətinin ən maraqlı səhifələrindədir.

Əhməd Şah Məsud 2001-ci il sentyabrın 9-da özlərini müxbir kimi qələmə vermiş əl-Qaidə fəalları tərəfindən qətlə yetirilmişdi. Bundan iki gün sonra sentyabrın 11-də ABŞ-da Vaşinqon və Nyu-York şəhərlərində terror hücumları həyata keçirilmişdi. 2001-ci ilin oktyabr ayında ABŞ-ın başçılığı ilə koalisiya qüvvələri Əfqanıstana daxil oldu. Koalisiya qüvvələri əl-Qaidəyə sıığnacaq vermiş Taliban hökumətini hakimiyyətdən saldı. Lakin 11 sentyabr hadisələrindən on il sonra Əfqanıstanda müharibə hələ bitməyib.

Rza Diqqəti Əfqanıstan gənclərinin ölkədə sülh, demokratiya və azadlıq olmasını istədiyini deyir. “Əhməd Şah Məsudun Əfqanıstan üçün arzuladığı bunlar idi”-deyə Rza Diqqəti vurğulayır.

Rza Diqqəti ilə müsahibəni təqdim edirik.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG