Accessibility links

İqlim dəyişikliyinin inkişaf etməkdə olan ölkələrə təsiri [Video]


Hələ də ən böyük problemlərdən biri davamlı enerji mənbələri inkişaf etdirə bilmələri üçün inkişaf etməkdə olan ölkələrin maliyyələşdirilməsidir.

Birləşmiş Millətlər Təşkilatının Parisdə keçiriləcək iki-həftəlik İqlim Dəyişikliyi Konfransının əsas gözləntiləri iştirak edən hər bir ölkənin əldə edə biləcəyi məqsədlərin daxil olduğu konkret bir planın tərtib edilməsidir. Bu isə 2025-ci ilədək karbon emissiyalarının indikindən daha aşağı səviyyəyə endirilməsi deməkdir. Amma razılıq əldə edilsə belə, onu həyata keçirmək nələr tələb edəcək?

Hazırda günəş enerjisi istehsal etmək bəzi yerlərdə digər enerji növlərinin istehsal edilməsindən daha ucuzdur.

Birgə İqtisadiyyat Komitəsi və Nümayəndələr Palatasının Təbii Sərvətlər Komitəsinin üzvü olan ABŞ konqresmeni Don Beyer planetin sürətlə istiləşməsinin təsirləri ilə mübarizə aparmaq üçün ümidin olduğunu deyir.

Onun sözlərinə görə, son yeddi ildə karbon emissiyalarını azaltmaq üçün Birləşmiş Ştatlar digər ölkələrlə müqayisədə daha çox səy göstərib. Bir sıra digər ölkə də bunu etməyə çalışır. Konqrsmen Beyer Paris danışıqları barədə nikbin olduğunu deyir çünki hətta Çin və Hindistan kimi nüvə enerjisi istehsalı ilə ətraf mühitin çirklənməsində böyük payı olan ölkələr də plan hazırlamaq niyyətindədir.

Amma hələ də ən böyük problemlərdən biri davamlı enerji mənbələri inkişaf etdirə bilmələri üçün inkişaf etməkdə olan ölkələrin maliyyələşdirilməsidir.

günəş lövhələri

günəş lövhələri

George Mason Universitetinin professoru Mona Sarfati bunun üçün mükün həll yolu təklif edir:

“Son 10 ildə günəş lövhələrinin sayı heç kəsin təsəvvür etmədiyi qədər sürətlə artıb. Hazırda günəş enerjisi istehsal etmək bəzi yerlərdə digər enerji növlərinin istehsal edilməsindən daha ucuzdur. Ona görə də biz bu ucuz əldə olunan günəş enerjisini daha çox yerlərə yaymalıyıq ki, daha geniş ərazilər hazırda mövcud olan günəş və ya külək enerjisi ilə təmin olunsun.”

Eyni zamanda isə istixana qazlarının emissiyasını azaltmaq və qlobal istiliyin təsirlərini aradan qaldırmağa kömək etmək məqsədilə yoxsul ölkələri maliyyəşələşdirmək böyük problem olaraq qalır.

İnkişaf etməkdə olan ölkələr iqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalan ölkələrdir və onların istiləşməyə səbəb olan çirklənməyə görə məsuliyyət daşıyan sənayeləşmiş ölkələrin köməyinə ehtiyacı var.

Təbii Sərvətlərin Müdafiə Şurasının nümayəndəsi Aliya Haq bunun tez zamanda həll olunmayacağını etiraf edir:

“İnkişaf etməkdə olan ölkələr iqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalan ölkələrdir və onların istiləşməyə səbəb olan çirklənməyə görə məsuliyyət daşıyan sənayeləşmiş ölkələrin köməyinə ehtiyacı var. Bu inkişaf etməkdə olan ölkələrin emissiyaları azaltmasıının lazım olmadığı demək deyil, amma yenə də biz onların davamlılıq əldə etməsi və iqlim dəyişikliyinin təsirlərinə hazır olması üçün onlara kifayət qədər maliyyə yardımı göstərməliyik.”

Bütün bunlara baxmayaraq Fransada hərtərəfli razılığın əldə edilib-edilməyəcəyi qeyri-müəyyən olaraq qalır.

XS
SM
MD
LG