Accessibility links

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu barədə konfrans keçirir

2016-cı il ərzində keçirilən əməliyyat tədbiri nəticəsində korrupsiya ilə bağlı 6 şəxs cinayət başında tutulub.

Bu barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev yanvarın 16-da keçirdiyi mətbuat konfransında bildirib.

K.Əliyev qeyd edib ki, araşdırmalar nəticəsində 32 cinayət işi başlanıb. Axtarışda olan 24 şəxs saxlanıb.

Rəis deyib ki, hesabat dövründə 480 cinayət işinin ibtidai istintaqı aparılıb. Dövlət və özəl sektorda çalışan 313 vəzifəli şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.

Hazırda Baş İdarənin İstintaq İdarəsinin icraatında 116 cinayət işi üzrə istintaqın davam etdiyi bildirilir.

XS
SM
MD
LG