Accessibility links

Azərbaycan və Əhvaz fəalları İsveçin Göteburg şəhərində aksiya keçirib


İsçevdə etiraz
İsçevdə etiraz
İsveçdə yaşayan Azərbaycan və Əhvaz fəalları İran Ali Məhkəməsinin 5 Əhvaz ərəbinin edam hökmü və ölkənin Azərbaycan şəhərlərində geniş həbs dalğasına etiraz olaraq, yanvarın 19-da Göteburg şəhərində İran höküməti əleyhinə aksiya keçirib.

Azərbaycan Öyrənci Hərəkatının (AZOH) veb səhifəsində yayılan məlumata istinadən, iştirakçılar İranın Xələfiyyə şəhərindən olan 5 ərəb gəncə dəstək şuarları səsləndirərək, onların edam hökmünün ləğv edilməsini tələb edib.

Etiraza qatılanlar edama məhkum edilən gənclər və İran zindanlarında məhbus
olan Azərbaycan türklərinin şəkillərini daşıyıb.
İSVEÇDƏ ETİRAZ
İSVEÇDƏ ETİRAZ
AZOH həmçinin yazıb: “Etirazçılar iranlı insan haqları və muxalifət qruplarının ikili standardlarını kəskin qınayıb, ərəb gənclərinə qarşı ağır hökmlər və Güney Azərbaycanında həbs dalğası qarşısında səssiz qalmalarını onların alnında damğa kimi qiymətləndiriblər.”

Etirazlarda edama məhkum edilən ərəb gənclərin məcburi etiraflarını yaydığına görə İran ingiliscə verilişlər yayan dövlət Press-TV kanalının məsullarının məhkəməyə verilməsi istənilib.

Edam hökmləri təsdiqlənən Məhəmməd Əli Amuri, Seyyid Cabir Əl-Boşukə və qardaşı Seyyid Muxtar Əl-Boşukə, müəlim Haşim Şabani Əmuri və müəllim Hadi Raşidi İranın Xuzistan vilayətindəki rəsmi adı Ramşir olan, ancaq əhalinin Xələfiyyə adlandırdığı şəhərdəndirlər.

Amnesty International-ın yanvarın 18-də yaydığı bəyanata görə, bu beş fəalı ərəb dili və mədəniyyəti ilə bağlı fəaliyyət göstərən Əl-Hivar adlı dərnəyin təsisçiləri və ya üzvləridir.
XS
SM
MD
LG