Accessibility links

İranın cənubunda 5.6 bal gücündə zəlzələ yeddi nəfərin ölümünə səbəb olsa da, ölkənin yeganə nüvə obyekti zədələnməyib.

ABŞ-ın Geoloji Mərkəzi zəlzələnin dünən gecə Buşehr vilayətindən 60 kilometr şimal-şərqdə, İran körfəzində baş verdiyini bildirib.

Yarı-rəsmi Fars Xəbər Agentliyi hadisə zamanı azı 59 nəfərin yaralandığını, onlardan 12-nin vəziyyətinin ağır olduğunu deyib.

Zədələnmiş bina və dağıntıların şəkilləri dövlət televiziyası ilə nümayiş etdirilib.

İran tektonik zonada yerləşir. Burada ötən illərdə bir neçə güclü zəlzələ baş verib.

Aprel ayında Buşehr yaxınlığındakı şəhərdə 6.1 bal gücündə zəlzələ azı 37 nəfərin ölümünə səbəb olub.
XS
SM
MD
LG