Accessibility links

İranda 7 nəfər edam edilib


Edam
Edam
İranın Kirmanşah vilayətində 7 nəfər edam edilib. APA agentliyinin məlumatına görə, məhbuslardan yalnız ikisinin ad və soyadı açıqlanıb.

Bunlar qəsdən adam öldürməkdə günahlandırılan Fəriborz Siyabani və Fəttahi soyadlı məhkumdur. Digərlərinin ad və soyadları, həmçinin nədə ittiham olunduqları açıqlanmayıb.

Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra aprelin 27-da səhər saatlarında Kirmanşah şəhərinin Dizelabad həbsxanasında icra edilib.
XS
SM
MD
LG