Accessibility links

İran məhkəməsi tanınmış kinorejissor Məhəmməd Rəsulofu həbs cəzasına məhkum edib


Məhəmməd Rəsulof
Məhəmməd Rəsulof

İran məhkəməsi tanınmış kinorejissor Məhəmməd Rəsulofu "milli təhlükəsizliyə qarşı sövdələşmə" ittihamı ilə həbs cəzasına məhkum edib. Bu barədə çərşənbə günü onun vəkili Babək Pakniya bildirib.

Rəsulofun "Müqəddəs əncirin toxumu" filmi bu ay Kann Film Festivalının əsas müsabiqəsində nümayiş etdiriləcək.

Pakniya X sosial media platformasında bildirib ki, yaşı 50-nin əvvəlində olan direktor 8 il həbs cəzasına məhkum edilsə də, cəmi 5 il cəza çəkəcək.

Vəkilin sözlərinə görə, Apellyasiya Məhkəməsi hökmü təsdiq edib və cəzaya "qamçı, cərimə və əmlakın müsadirəsi" daxil edilib.

O bildirib ki, məhkəmə Rəsulofu "milli təhlükəsizliyə qarşı sövdələşmədə" təqsirli bilib.

İranın rəsmi mediası hələ ki, hökmlə bağlı məlumatı dərc etməyib.

Aprelin 30-da Pakniya deyib ki, İran rəsmiləri "Müqəddəs Əncirin toxumu" filminin çəkiliş qrupunun bəzi üzvlərini dindirmək üçün çağırıb və əlavə edib ki, onlara filmin Kann festivalından çıxarılması üçün təzyiq göstərilib.

Vəkil deyib ki, son həftələr çəkiliş qrupunun bəzi üzvləri ilə yanaşı aktyorlar da dindirilib və onlara İranı tərk etmək qadağan edilib.

Çəkilişdə iştirak edən neçə nəfərin dindirildiyi açıqlanmayıb.

Rəsulof 2020-ci ildə edam cəzası əleyhinə olan "There Is No Evil" (Şər yoxdur) filmi ilə Berlin Film Festivalının "Qızıl Ayı" mükafatına layıq görülüb.

O, 2022-ci ilin iyulunda həbs edilib və 2022-ci ilin sentyabrında başlayan ümummilli etiraz dalğası səngidikdən sonra sərbəst buraxılıb.

Pakniya daha əvvəl demişdi ki, Rəsulofun Fransanın cənubunda keçiriləcək Kann festivalına qatılmaq üçün İranı tərk etməsinə icazə verilib-verilməyəcəyi aydın deyil.

İranlı rejissorlar və aktyorların Kann festivalında iştirakı son illər daha çox mübahisəyə səbəb olub.

Forum

XS
SM
MD
LG