Accessibility links

İranda dörd jurnalist həbs olunub


İranda dörd jurnalist milli təhlükəsizliyə hədə ittihamı ilə həbs edilib. Bu haqda jurnalistlərin vəkili bildirib.

Dövlət xəbər agentliyinin məlumatına əsasən jurnalistlər 5 ildən 10 ilədək həbs cəzasına məhkum olublar.

Rəsmilər bildirib ki, həbs olunan bir qadın və dörd kişi media və sosial şəbəkələrdə işləyirlər.

Qadın jurnalist Afarin Çitsaz 5 il, Davud Assadi 10 il, Ehsan Mazandarani 7 il, Ehsan Safarzayi isə 5 ilədək həbsə məhkum edilib. Beşinci jurnalistin taleyi isə hələlik məlum deyil.

Sahaxız 3 il həbsdə olduqdan sonra 2013-cü ildə azad edilmişdi. O, ali lider Ayətullah Əli Xameneiyini təhqir etməkdə və anti-rejim təbliğatı aparmaqda günahlandırılmışdı. Onun vəkilinin dediyinə görə, bu dəfə də həbs olunmamışdan əvvəl o, Xameneyi və digər yüksək vəzifəli şəxsləri tənqid etmişdi.

Həbs olunan dörd jurnalist gündəlik Farhixteqan və digər qəzetlər üçün işləyiblər.

Jurnalistlər İranda mütəmadi məhkəmə qarşısında ifadə vermək məcburiyyətində qalır. Vaşinqton Postun müxbiri Ceyson Rezaian 2014-cü il iyul ayında həbs olunmuşdu. Rezaian həm İran, həm də Amerika vətəndaşıdır. O, keçən il casusluq ittihamına ilə həbs olunmuş, yanvar ayında İran və Birləşmiş Ştatlar arasında məhbus mübadiləsi nəticəsində azad edilmişdi.

XS
SM
MD
LG