Accessibility links

Fransanın xarici işlər naziri Loran Fabiy İrana qarşı bəzi sanksiyaların gələn ay qaldırıla biləcəyini deyib. Lakin o deyib ki, bu proses məqsədyönlü olacaq və müəyyən sahələri əhatə edəcək.

Cənab Fabiy bunu İranın BMT-nin Təhlükəsizlik Şurasının 5 üzvü üstəkəl Almaniyanın İranla bəzi sanksiyaların qaldırılacağı müqabilində uran zənginləşdirməsinə məhdudiyyət qoyacağı və nüvə stansiyalarında yoxlamalar aparılmasına icazə verəcəyini ilə bağlı razılıq əldə edildikdən sonra deyib.

İranın xarici işlər naziri Cavad Zərif də öz növbəsində İran hökumətinin əldə edilən razılaşmalarla bağlı yaxın zamanda, ola bilsin ki, ilin sonunadək addımlar atmağa başlayacağını bildirib. O, eləcə də aylardan sonra tərəflər arasında əldə edilən razılığın həssas bir razılıq olduğunu vurğulayıb.
XS
SM
MD
LG