Accessibility links

İran və dünya qüdrətləri nüvə razılığının detallarını müzakirə edir


Beynəlxaq Atom Enerjisi Agentliyinin Vyanadakı qərargahı

Beynəlxaq Atom Enerjisi Agentliyinin Vyanadakı qərargahı

İran və dünya qüdrətləri Tehranın mübahisəli nüvə proqramının qarşısını almaq üçün əldə edilmiş mühüm razılaşmanın detallarını müzakirə etmək məqsədilə bazar ertəsi ekspertlər səviyyəsində danışıqlara başlayır.

İran, Birləşmiş Ştatlar, Fransa, Almaniya, Britaniya, Çin və Rusiya rəsmiləri Vyanada BMT-nin nüvə agentliyinin qərargahında görüşür. Beynəlxalq Atom Enerjisi Agentliyi Tehranın əldə edilmiş razılığa əməl etdiyini müəyyən etmək işində mühüm rol oynayır.

Agentlik bağlı qapılar arxasında keçirilən görüşə qatılmasa da, müəyyən məsələlərin müzakirəsində iştirak edəcəyini bildirib.

İran rəsmilərinin Beynəlxalq Atom Enerjisi Agentliyinin rəsmiləri ilə çərşənbə günü görüşü nəzərdə tutulub.
XS
SM
MD
LG