Accessibility links

İran və ABŞ nüvə danışıqlarının davam etdirilməsini istəyir


Iran - Nuclear

Iran - Nuclear

İran dünyanın altı qüdrətli dövləti ilə Tehranın nüvə proqramına dair ilkin razılıqla bağlı müzakirələrin çərçivə razılığının çərşənbə günü axşama qədər əldə ediləcəyinə inam azaldıqca davam etdirilməsini istədiyini bildirib.

İranın müzakirəçilərdən ibarət komandasının üzvü Həmid Baidinejad bildirib ki, İran rəsmiləri mübahisəli məsələlər həll edilib, razılıq əldə edilənə qədər danışıqları davam etdirmək istəyir.

Ağ Ev danışıqlar produktiv olduğu halda müzakirələrin çərşənbə gününə qədər davam etdirilməsini istədiyini bildirib.

Rəsmilər ilkin razılığın əldə edilməsi məqsədilə danışıqları intensivləşdirib, lakin xəbərdarlıq edib ki, razılıq əvvəl gözlənilədiyindən fərqli ola bilər.

Uran zənginləşdirilməsi tədqiqatlarına məhdudiyyətlərin qoyulması, razılığın hansı müddət üçün nəzərdə tutulması, İrana qarşı sanksiyaların nə zaman qaldırılması və İranın razılığın şərtlərini pozduğu halda nə etmək kimi məsələlərlə bağlı fikir ayrılıqları qalmaqdadır.

XS
SM
MD
LG