Accessibility links

İranda azərbaycanlı siyasi məhbuslar Mahmud Əhmədinejada açıq məktub ünvanlayıb

  • Insafəli Hidayət

İranda azərbaycanlı siyasi məhbuslar ölkə prezidenti Mahmud Əhmədinejada açıq məktub ünvanlayıb.

Məktubda məhbəslərdəki vəziyyət və şəraitdən bəhs edilir. Məhbuslar məktubun tarixi mahiyyət daşıdığını deyərək, həbsxanalarda baş verənlərin ictimaiyyətin diqqətinə çatdırılmasının vacibliyini vurğulayıb.

Məktubda deyilir ki, 2000 məhbus üçün nəzərdə tutulan Təbriz həbsxanasında 4000-dən artıq məhbus saxlanılır.

“Məhbusların yatmağa yerləri yoxdur. Onlar həbsxana məmurları tərəfindən daimi təhqirlərə, vəziyyətə etiraz edənlər isə işgəncələrə məruz qalır. Hər 400 məhbus 10 tualet və 5 krandan istifadə edir. Təbriz həbsxanalarının ən yaxşı cəzaçəkmə müəssissəsi hesab edilən 15 saylı həbsxanada insanlar sabun və digər təmziləyici maddələrdən məhrumdur. Onların yeməkləri yalnız tortof, yumurta və lobyadan ibarətdir. Məhbuslar ailə üzvlərinin onları təmin edən pulla yemək almağa məcbur olur. İşlədikləri cinayətlərə baxmayaraq, məhbuslar eyni yerdə saxlanılır. Baxmayaraq ki, İran qanunlarına əsasən cinayət törətmiş insanlarla siyasi məhbuslar bir yerdə saxlanmamalıdır. Əlbəttə, İran hökuməti ölkədə siyasi məhbus olduğunu inkar edir. Məhbuslar idman zalından mıəhrumdur. Hər 10 nəfərə kiçik bir televizor ayrılıb. Kitabxanada yalnız dini kitablar yer alır. Həbsxanada 600-dən artıq məhbus əməyi günü 13 dollara 16 saat istismar edilir. Onlar xalçaçılıq, başmaqçılıq, dəmirçilik sahəsində işlər görür”-deyə məktubda yazılıb.

Azərbaycanlı məhbuslar Tehran həbsxanasının “Evin mehmanxanası” adlandırıldığını və prezidentin əsl məhbəs görmək istəyirsə Təbriz həbsxanasını ziyarət etməli olduğunu bildirib.

İran prezidenti bu yaxınlarda Tehranın Evin həbsxanasında şəraitlə tanış olmaq üçün Ədliyyə Nazirliyinə müraciət etmiş, lakin onun müraciəti rədd edilmişdi.
XS
SM
MD
LG