Accessibility links

Umud Evren:"Traxtor" milli varlığın rəmzinə çevrilib [Skype-Müsahibə]


Politoloq Umud Evren Təbrizin “Traxtor” futbol komandasının İranın idman sahəsinə, habelə İran Azərbaycanının siyasi həyatına gətirdiyi yeniliklərdən danışıb. Hollandiyadan Amerikanın Səsinə danışan araşdırmaçı İran dövlətinin idmana münasibətini şərh edib. Belə ki, son vaxtlar Azərbaycan türkləri üçün üçün futbol adi idman deyil, bir növ siyasi mübarizə alətinə çevrilib.

İranda futbol tarixinə nəzər salan Umud Evrem bu idman növünün hər zaman rejimi və irqçiliyi təmsil etdiyini qeyd edib. 43 illik tarixinə baxmayaraq,Təbrizin "Traxtor"unun son qələbələri bu komandanı siyasi arenaya çıxarıb. “Niyə indi?” sualını cavablandıran politoloq “Traxtor”un sistemin ideologiyasına qarşı qoyulan bir komanda olduğunu bildirib.

Onun dediyinə görə, indi komandanın çoxsaylı tərəfdarı və azarkeşləri futbol vasitəsilə öz tələblərini irəli sürür. "Komandanın 482 min tərəfdarı qadınların stadiona gəlmələrinə nail olunması, Urmiyə gölünün qurumasına etirazlar kimi bir sıra fəaliyyətlərləri ilə tanınmağa başlayıb," deyə Umud Evren bildirib.

Komandanın azarkeşləri təzyiqlərə məruz qalır, həbslərə salınır. Umud Evren İran hökumətinin məhz “Traxtor”un azarkeşlərini təqib etməsini onların ölkədə sistemi dəyişmək, irqçiliyə son qoymaq, vətəndaş cəmiyyətlərinin inkişafı tələbləri ilə izah edib.

Umud bəy deyib ki, Azərbaycan komandasının azarkeşləri şüarları, köynəklərinin rənglərinə görə həbs edilir.

O, İranda türk kimliyi ilə yaşamaq istəyən hər bir insanın sabitliyə hədə və potensial suçlu kimi qəbul edildiyini bildirib.

XS
SM
MD
LG